×
A
A
A
Sazlamalar

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard manatı ötüb

Bakı, 3 may, AZƏRTAC

Aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard 38,6 milyon manat təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 281,2 milyon manat artıb.

 

Maliyyə 2023-05-03 16:21:00