×
A
A
A
Sazlamalar

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 400 min ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, mayın 5-də Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 400 min dollar olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 400 ədəd, nominal dəyəri 1000 dollar, illik faiz dərəcəsi 15 faizdir. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

 

Maliyyə 2023-05-03 16:20:00