×
A
A
A
Sazlamalar

“Ezop” tezliklə Şəki tamaşaçılarına təqdim ediləcək

Şəki, 3 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında braziliyalı müəllif Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Tamaşaya ictimai baxışın mayın ortalarında keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssam Elman Rəşidov, bəstəkar Aleksey Yepifanov, baletmeyster Çingiz Novruzəliyevdir. Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış təmsilçi Ezopun qul həyatından və onun azadlıq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur.
Tamaşada rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa edirlər.

 

 

Regionlar 2023-05-03 10:43:00