×
A
A
A
Sazlamalar

Masallıda polis qaydaları pozan sürücülərə qarşı reyd keçirib

Masallı, 2 may, İlkin Adıyev, AZƏRTAC

Masallıda kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı yoxlama nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin intensiv olduğu küçə və prospektlərdə aparılan yoxlama-nəzarət tədbirləri zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilələr edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən və digər qayda pozuntularına yol verənləri aşkarlayıblar.
Qanunvericiliyin tələbləri izah olunmaqla onların hər biri barədə qanunamüvafiq qaydada tədbirlər görülüb. Nəzarət tədbirləri çərçivəsində, həmçinin sərnişinlərin təhlükəsizliyi və mənzil başına rahat çatmasını təmin etmək məqsədilə taksi və marşrutlarda aşkarlanan neqativ hallarla bağlı da inzibati xəta haqqında protokollar tərtib edilib.

 

 

Regionlar 2023-05-02 20:11:00