×
A
A
A
Sazlamalar

® “Rabitəbank” əməkdaşları “Heydər zirvəsi”ndə

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və “Rabitəbank”ın 30 illiyi münasibətilə bank əməkdaşları Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Quba rayonunun Xınalıq kəndi yaxınlığında yerləşən zirvəyə yürüş təhlükəsizlik qaydaları çərçivəsində və əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə və həyata keçirilib. Bank əməkdaşları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, bütün maneələri dəf edərək müəyyən olunmuş yerə vaxtında çatıb, “Rabitəbank” və Azərbaycan bayraqlarını yerə sancaraq, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Maliyyə 2023-05-02 18:10:00