×
A
A
A
Sazlamalar

Sumqayıtda yaşlı kişinin ölümü ilə nəticələn yol qəzası olub

Sumqayıt, 2 may, AZƏRTAC

Sumqayıtda avtomobil 73 yaşlı kişini vuraraq öldürüb. Hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Aydın Mirzəzadə idarə etdiyi KIA markalı avtomobillə yolu keçən, 1950-ci il təvəllüdlü Eldar Məmmədzadəni vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Regionlar 2023-05-02 11:32:00