×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Türkiyə Gənclər Mərkəzlərinin fəaliyyəti ilə tanış olub

Bakı, 2 may, AZƏRTAC

Aprelin 27-dən mayın 1-dək Türkiyədə səfərdə olan Gənclər və İdman Nazirliyinin nümayəndələri “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında iştirak ediblər. Türkiyənin Gənclər və İdman Nazirliyinin əməkdaşları ilə görüşən nümayəndə heyəti Gənclər Mərkəzlərinin fəaliyyəti ilə tanış olub, “Deneyap” və “GəncKod” layihələri, gənclərin texnoloji fəaliyyətlərə cəlb edilməsi ilə bağlı təcrübələr öyrəniblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qurulmuş Türkiyənin Gənclər və İdman Nazirliyinin, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin pavilyonlarında sərgilənən texnoloji fəaliyyətlərlə tanış olunub və birgə layihələrin icrası imkanları nəzərdən keçirilib.
“Deneyap” layihəsinin nümayəndələri ilə görüşdə layihənin Azərbaycanın Gənclər evlərində tətbiqi imkanları dəyərləndirilib. “Deneyap” layihəsinin Asım Gültekin Gənclər Mərkəzindəki laboratoriyanın fəaliyyəti və onun iş mexanizmləri öyrənilib. Bundan başqa, həmin Mərkəzdə gənclərə təqdim edilən xidmətlərə, xüsusilə də texnoloji fəaliyyətlərə baxış keçirilib.
Həmçinin festival çərçivəsində, müxtəlif kateqoriyalarda keçirilən yarışlarda iştirak edən Azərbaycan komandaları ilə görüşlər keçirilib, gələcəkdə təşkil olunacaq müsabiqələrdə daha çox gəncin iştirakını təmin etmək üçün məlumatlar toplanılıb.

Sosial 2023-05-02 11:11:00