×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü əlamətdar hadisələrlə yadda qaldı - FOTOREPORTAJ

Bakı, 30 aprel, AZƏRTAC

Formula 1 təqviminə daha üç il əlavə edilməklə, Azərbaycan Qran-Prisinin müqavilə müddəti 2026-cı ilədək uzadılıb.
AZƏRTAC xəbər verir ki, mövsümün ilk sprint yarışına ev sahibliyi edən Azərbaycan Qran-Prisini hazırda tribuna və əyləncə zonasında rekord sayda xarici azarkeşlə birgə 30 minə yaxın F-1 həvəskarı izləyir.


Gərgin idman mübarizəsi şəraitində keçən bugünkü yarışda Serxio Peres, Şarl Lekler və Maks Ferstappen ilk üçlükdə yer alaraq, aprelin 30-u keçiriləcək əsas yarışda pilotların sıralanma ardıcıllığını müəyyən edib.

 

Günün sonunda Azərbaycanda ilk dəfə gerçəkləşən irimiqyaslı dron şou nümayişi və məşhur musiqiçi, niderlandlı DJ Hardvel Dənizkənarı Milli Park səhnəsində təkrarsız ifasını təqdim edib.

Baş xəbərlər 2023-04-30 02:00:00