×
A
A
A
Sazlamalar

Macarıstanda bank sektoru ilə bağlı mövcud vəziyyət müzakirə olunub

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Budapeşt şəhərində ənənəvi illik 45-ci BACEE Bankçılıq konfransında iştirak edib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, konfransda Macarıstanın bank sektoru ilə bağlı mövcud vəziyyət, qlobal bank sektorundakı qeyri-müəyyənliklərin Mərkəzi və Şərqi Avropa, Cənub-Şərqi Avropa ölkələrinə təsirləri, rəqəmsal bankçılıq, ödənişlər, açıq bankçılıq, dünya ölkələrinin milli valyutalarının rəqəmsal analoqunun yaradılması, rəqəmsal transformasiya, maliyyə sektorunda artırılmış reallığın tətbiqi və s. kimi mövzular müzakirə edilib.
Assosiasiyanın nümayəndə heyəti tədbir çərçivəsində əlaqədar banklarla müxbir münasibətlərin inkişafı və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb.
Qeyd edək ki, tədbir çərçivəsində ABA tərəfdaşlığa görə mükafata layiq görülüb.

Maliyyə 2023-04-28 10:53:00