×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 9,597 (8,99 faiz) manat və 9,657 (7,6 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35 milyon 410 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,624 (8,37 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,637 (8,07 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar oktyabrın 12-də ödəniləcək.
Həmin gün 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9395,6 (9,19 faiz) manat və 9447,7 (8,35 faiz) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 milyon 650 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9408,5 (8,98 faiz) manat, orta ölçülmüş qiyməti isə 9421,8 (8,77 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il yanvarın 4-də ödəniləcək.

Maliyyə 2023-04-27 17:21:00