×
A
A
A
Sazlamalar

“Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

Bakı, 27 aprel, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə mayın 11-də “Bakı Hərrac Mərkəzi”ndə açıq hərrac keçiriləcək.
Fonddan AZƏRTAC-a bildirilib ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 29 ünvanında yerləşən ü/s 50,5 kvadratmetr olan 2 saylı mənzildir. Daşınar əmlakların ilkin satış qiyməti 102 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına verilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. (“AVİS” aptekin arxası).

Maliyyə 2023-04-27 14:46:00