×
A
A
A
Sazlamalar

® “Ziraat Bank Azərbaycan” 2023-cü ilin I rübünə dair maliyyə hesabatını açıqladı

“Ziraat Bank Azərbaycan” 2023-cü ilin I rübünə dair maliyyə hesabatlarını açıqlayıb.

Yayımlanmış hesabatın göstəricilərinə əsasən, bank müştərilərinin etimadını qazanmağa davam edir. Belə ki, etimadın əsas göstəricilərindən biri hesab edilən Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 58 faiz artaraq 391 milyon 915 min manatı keçib.
Bankın kredit portfelində də ötən ilin I rübü ilə müqayisədə 23 faiz artım müşahidə edilib. Ümumi kredit portfelində diqqət çəkən məqamlardan biri də odur ki, artımın əsas payı hüquqi şəxslərə təqdim edilən biznes kreditlərinin hesabına düşür. Bu da “Ziraat Bank Azərbaycan”ın real sektora olan dəstəyinin əsas göstəricilərindən biridir.
Həmçinin 2022-ci ilin I rübü ilə müqayisədə cəmi aktivlərdə də yüksək artım qeydə alınıb ki, bu da 37,4 faiz təşkil edərək, göstəricinin 617 milyon 408 min manatı keçməsi ilə nəticələnib.
Bankın uğurları bununla da bitməyib. Belə ki, hesabata əsasən “Ziraat Bank Azərbaycan”ın cəmi kapitalı da son 3 ayda 4 faiz artaraq 110 milyon 653 min manatı keçib. Bankda əhəmiyyətli artımın müşahidə edildiyi göstəricilərdən biri də xalis faiz gəliridir. Bu göstərici üzrə artım ötən ilin I rübü ilə müqayisədə 64 faiz təşkil edib və beləliklə, xalis faiz gəliri hesabat dövrü üzrə 6 milyon 957 min manata çatıb.
Bank fəaliyyətinin uğurunun əsas göstəricilərindən biri olan xalis mənfəət də “Ziraat Bank Azərbaycan”da əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət 62,63 faiz artaraq 3 milyon 335 min manata yüksəlib.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Maliyyə 2023-04-26 10:49:00