×
A
A
A
Sazlamalar

İlk rübdə 44,3 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub, 110 min e-arayış verilib

Bakı, 24 aprel, AZƏRTAC

2023-cü ilin yanvar-mart ayları ərzində 44,3 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 10,3 mini pensiya, 34 mini müavinət və təqaüd təyinatı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.
Son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış xidməti də yaradılıb. Bu ilin ilk rübündə həmin e-xidmətlər vasitəsilə vətəndaşlara 110 min e-arayış verilib.

 

Sosial 2023-04-24 11:15:00