×
A
A
A
Sazlamalar

Birinci rübdə sosial müavinətlər üzrə 24 faiz çox olmaqla 244 milyon manat ödənilib

Bakı, 22 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 426 min nəfərə sosial müavinət, 368 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 244 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 159 milyon manat ödənilib.
Son üç ayda 34 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 463 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sosial 2023-04-22 11:23:00