×
A
A
A
Sazlamalar

Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Bakı, 19 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29 ünvanında fiziki şəxs Hüseynov Elçin Sovet oğluna məxsus “Nanə Pizza” kafesində yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan tullantı qablarından istifadə olunmadığı, bəzi məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib.

Sosial 2023-04-19 17:36:00