×
A
A
A
Sazlamalar

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti

Bakı, 14 aprel, AZƏRTAC

İstirahət günlərində (aprelin 15-16-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur–Yalama Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin aprelin 15-də axşam və aprelin 16-da arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-18° isti olacağı proqnozlaşdırılır.
Altıağac Milli Parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 15-də gecəyə doğru və aprelin 16-da arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11°, gündüz 15-17° isti olacağı bildirilir.
Ağgöl Milli Parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 20-23° isti olacağı ehtimal edilir.
Qızılağac Milli Parkında hava şəraitinin əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir. Lakin aprelin 16-da gündüz qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11°, gündüz 19-21° isti olacağı proqnozlaşdırılır.
Göygöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 16-da gündüz arabir yağış yağacağı, səhər duman olacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 11-14° isti olacaq.
Şirvan Milli Parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11°, gündüz 22-24° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında hava şəraitinin əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir. Lakin aprelin 16-da gündüz qısamüddətli yağış yağacağı, gecə və səhər duman olacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11°, gündüz 19-21° isti olacaq.

Sosial 2023-04-14 17:22:00