×
A
A
A
Sazlamalar

Robin Fryans “Audi” ilə əməkdaşlığının başa çatdığını elan edib

Bakı, 10 aprel, AZƏRTAC

Robin Fryans “Audi” alman markası ilə zavod yürüşçüsü qismində 7 ildən sonra əməkdaşlığı dayandırdığını elan edib. Bu illər ərzində o, “GT” və “DTM” yürüşlərində xeyli qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, niderlandlı sosial şəbəkə hesablarında bu fikirlərini bölüşüb: “Yaxşı hər nə varsa, nə vaxtsa bitir! Mən 7 il “Audi Sport”da zavod pilotu kimi çalışmışam, lakin indi irəli getmək vaxtı çatıb. Bu şanlı dövr üçün hər kəsə minnətdarlıq etməyə söz tapmıram.
Mən “Audi Sport”a 2015-ci ildə qoşulmuşam və həmin mövsümdə orada “Blancpain GT” seriyasında qalib olmuşam. İki il sonra biz “Blancpain Sprint” çempionatında Belçikanın “WRT” komandası ilə birgə qələbə qazandıq. Dərhal sonra “Baterstanın 12 saatı”nda qələbəni qeyd etdik.
Ən çox xoşuma gələn üç il ərzində “Class 1” kateqoriyalı son model maşınlarda “DTM”-də mübarizə aparmaq idi. Ən dəyərli xatirələrim isə “ABT Motorsport” komandası uğrunda mənim doğma Assen şəhərində keçən ilk yürüşümlə bağlıdır.
“Audi”də karyeramın sonuna yaxın, ötən il biz “Nyurburqrinqin 24 saatı”nda qələbə qazandıq və bu nəticə bizi heyrətləndirdi! Onu əldə etməyimə yardımçı olan hər kəsə “sağ ol” deyirəm”.
Fryans Formula E-də “ABT Cupra”da, eləcə də “LMP2” sinfində yuxarıda adıçəkilən Belçika komandasının heyətində dözümlülük üzrə yürüşlərdə iştirakını davam etdirir.

İdman 2023-04-10 18:10:00