×
A
A
A
Sazlamalar

İran ərazisindən Pakistana hücum: 4 əsgər həlak olub

Bakı, 1 aprel, AZƏRTAC

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bu, son 3 ayda ikinci belə hadisədir.
Pakistan ordusundan verilən açıqlamada İran ərazisindən yaraqlıların Bəlucistan əyalətinin Keç bölgəsində sərhəddə patrul maşınına silahlı hücum təşkil etdiyi və 4 əsgərin həyatını itirdiyi bildirilib. Tehrandan bu cür hücumların gələcəkdə təkrarlanmaması üçün silahlılara qarşı təsirli addımlar atması istənilib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, yanvarın 18-də silahlıların Bəlucistan əyalətində İran ərazisindən təhlükəsizlik qüvvələrinin karvanına hücumu nəticəsində də 4 pakistanlı əsgər həlak olmuşdur.

Dünya 2023-04-01 20:40:00