Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb
Bakı, 1 aprel, AZƏRTAC
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0,5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1,7 faiz bəndi azalaraq, 38,7 faiz təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında banklar 155.7 milyon manat xalis mənfəət, 250.6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 45 faiz və 55 faiz artıb.
Dövlət xətti ilə 3458 mənzil kirayə verilib
“Vergilər” mövzusunda ümumrespublika olimpiadasına yekun vurulub
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 44 min 632 ipoteka krediti verilib