Mədəniyyət Nazirliyinin rəhbərliyi Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 31 mart, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 31-də Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzdə yaradılan şəraitlə tanışlıq olub.
Qəbulda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından ümumilikdə 48 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflərdən ibarət olub.
Görüşdə hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.
Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir
Goranboyda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş futbol turniri təşkil edilib
Qax rayonunda leysan yağışları nəticəsində həyətləri su basıb, bir neçə restoran su altında qalıb
Daşkəsəndə keçirilən əmək yarmarkasında 200 nəfərin müraciəti qeydiyyata alınıb
İsmayıllıda bir neçə kənd yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb