×
A
A
A
Sazlamalar

Qubada 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Quba, 31 mart, AZƏRTAC
Quba rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hacıqayıb kəndində qeydə alınıb. Kənd sakini Azər Kamilov özünəməxsus həyətyanı sahədə ağacları dərmanlayan zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Regionlar 2023-03-31 16:04:58