×
A
A
A
Sazlamalar

“Azəristiliktəchizat” ASC-nin rəhbərliyi Naftalanda vətəndaşları qəbul edib

Bakı, 31 mart, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin mart ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Naftalan şəhərində Naftalan və Goranboy rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Naftalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Sədrin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və "Azəristiliktəchizat" ASC-nin nümayəndələri Naftalan şəhərində yerləşən Heydər Əliyev mərkəzində olublar, qonaqlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Regionlar 2023-03-31 14:43:29