×
A
A
A
Sazlamalar

Fuad Nurullayev: Dövlətimizin dəstəyini hər zaman hiss edirik

Bakı, 30 mart, AZƏRTAC

Ramazan ayı dualar ayıdır. Bu müqəddəs ayda dualar qəbul olunur. Allahın izni ilə ölkəmizdə dövlət-din münasibətləri daha da inkişaf edəcək və dövlətçiliyimizin qorunmasına öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin martın 30-da keçirilən iclasında səsləndirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavininin sözlərinə görə, din insanları birləşdirir və inkişafa doğru aparır.
“Şükürlər olsun ki, Azərbaycan bu gün çox güclü dövlətdir. Dövlətçiliyimizin möhkəmlənməsində din liderlərinin və din xadimlərinin rolu danılmazdır”, - deyən Fuad Nurullayev hər zaman dövlətin dəstəyini hiss etdiklərini diqqətə çatdırıb.

Din 2023-03-30 16:31:00