×
A
A
A
Sazlamalar

Vatikanın sözçüsü: Papa Fransiskə tənəffüs yolu infeksiyası diaqnozu qoyulub

Vatikan, 30 mart, AZƏRTAC

Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhətində yaranan problemin tənəffüs yolu infeksiyası səbəbindən meydana gəldiyini bildirib.
AZƏRTAC xəbər verir ki, M.Bruni Papa Fransiskdə bir neçə gündür nəfəs darlığı kimi əlamətlərin müşahidə olunduğunu, onun müəyyən tibbi müayinələr üçün xəstəxanaya yerləşdirildiyini deyib. Xəstəxanada aparılan müayinələrdən sonra Papa Fransiskə tənəffüs yolu infeksiyası (COVID-19 deyil) diaqnozu qoyulub. O, bir neçə gün xəstəxanada müvafiq müalicə alacaq.
Roma Katolik Kilsəsinin rəhbərinin qarşıdakı günlərdə nəzərdə tutulan tədbirləri ləğv edilib.
Qeyd edək ki, 86 yaşlı Fransisk təcili yardım avtomobili ilə İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına yerləşdirilib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan

Dünya 2023-03-30 03:03:00