×
A
A
A
Sazlamalar

Papa Fransisk xəstəxanaya yerləşdirilib

Vatikan, 30 mart, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, 86 yaşlı Fransisk təcili yardım avtomobili ilə İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına çatdırılıb. O, bir neçə gün xəstəxanada müşahidə altında qalacaq.
Vatikanın sözçüsü Matteo Bruni Papa Fransiskin rutin müayinədən keçmək üçün xəstəxanada olduğunu bildirib.
Xatırladaq ki, Papa Fransisk 2021-ci ildə yoğun bağırsaq iltihabından (divertikulit) əməliyyat olunub, keçən ilin yanvar ayından etibarən isə yerimə ilə bağlı problemlər yaşayır.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan

Dünya 2023-03-30 01:11:00