Ağstafada 14 yaşlı oğlan qətlə yetirilib
Ağstafa, 29 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada 14 yaşlı oğlan qətlə yetirilib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin Dəmir yolu stansiyası yaxınlığında olması barədə məlumat daxil olub.
Ağstafa Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir
Goranboyda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş futbol turniri təşkil edilib
Qax rayonunda leysan yağışları nəticəsində həyətləri su basıb, bir neçə restoran su altında qalıb
Daşkəsəndə keçirilən əmək yarmarkasında 200 nəfərin müraciəti qeydiyyata alınıb
İsmayıllıda bir neçə kənd yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb