Ağdamda qadınlar ailə büdcəsinin idarə edilməsi mövzusunda maarifləndirilib
Ağdam, 29 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin(UADM), Ağdam Məşğulluq Mərkəzinin və Kiçik Orta Biznesin Dostunun (KOB Dostu) birgə təşkilatçılığı ilə Qadın, İnkişaf və Müəssisə Qruplarının üzvləri və icma sakinləri (qadınlar) üçün maliyyə savadlılığının artırılması istiqaməti üzrə “Ailə büdcəsinin idarə edilməsi” mövzusunda maarifləndirici seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda Ağdam UADM-in baş mühasibi Çingiz Hüseynov, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş mühasibi Anar Muradov, Məşğulluq Mərkəzinin əməkdaşı Azər Salahov, KOB Dostunun əməkdaşı Həsən Cəlalzadə tərəfindən ailə büdcəsinin idarə edilməsi, qənaət və onun məqsədləri, gəlirlər və xərclər, xərclərin idarə edilməsi, lüzumsuz xərclər, kredit və onun ehtiyaclara uyğun sərfiyyatı barədə ətraflı məlumat verilib.
Qarşılıqlı müzakirə şəklində keçirilən seminarda iştirakçı ailələrin təcrübələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir
Goranboyda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş futbol turniri təşkil edilib
Qax rayonunda leysan yağışları nəticəsində həyətləri su basıb, bir neçə restoran su altında qalıb
Daşkəsəndə keçirilən əmək yarmarkasında 200 nəfərin müraciəti qeydiyyata alınıb
İsmayıllıda bir neçə kənd yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb