×
A
A
A
Sazlamalar

Ağdamda konfrans: “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır”

Ağdam, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müharibə veteranlarının, qazilərin, ictimai təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndərin Quzanlı qəsəbəsinin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Ağdam rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, veteran hərəkatının inkişafında göstərdiyi xidmətlərdən, veteran təşkilatlarının yaradılmasından, 1994-cü ildə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən, veteranlara dövlət qayğısının artırılmasından, müharibə, əmək və silahlı qüvvələr veteranlarının təşkilatlanmasından geniş söhbət açıblar.
Sonda Ulu Öndərin ordu quruculuğundakı xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Regionlar 2023-03-29 18:31:14