İstehlaka yararsız müxtəlif növ süd məhsulu məhv edilib
Bakı, 29 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sun Food" MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 77,184 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Tanınmışlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin səhnəsində
Qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib
Xırdabuynuzlu heyvanların taunu xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
AQTA Rusiya istehsallı alkoqollu içkilərlə bağlı əhaliyə müraciət edib