×
A
A
A
Sazlamalar

Dini qurumların dövlət qeydiyyatına alınması məsələləri ilə bağlı vətəndaşların müraciətləri dinlənilib

Bakı, 29 mart, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Ağcabədi, Ağdam, Tərtər, Füzuli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Ağcabədi şəhərindəki abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, dini qurumların dövlət qeydiyyatına alınması, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Din 2023-03-29 16:29:00