×
A
A
A
Sazlamalar

“Akkuyu” AES-ə nüvə yanacağı aprelin 27-də doldurulacaq

Bakı, 29 mart, AZƏRTAC

“Akkuyu” atom elektrik stansiyasının birinci enerji blokuna nüvə yanacağı aprelin 27-də doldurulacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.
“Akkuyu” Türkiyədə tikilən ilk atom elektrik stansiyasıdır. Layihə Türkiyə ilə Rusiya arasında əməkdaşlıq barədə 2010-cu il mayın 12-də imzalanmış hökumətlərarası saziş əsasında reallaşdırılır. Saziş Türkiyə ərazisində hər birinin gücü 1200 Mvt olan dörd enerji blokunun inşasını nəzərdə tutur. Tam gücü ilə işləməyə başladıqdan sonra AES-də ildə 35 milyard Kvt-saat enerji istehsal olunacaq.
Stansiya Türkiyənin enerji tələbatının 10 faizini təmin etməyə hesablanıb. Onun ilk enerji blokunun tikintisi bu il başa çatdırılmalıdır.

Dünya 2023-03-29 15:29:00