×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Bugünkü hərracda tələb 96,3 milyon dollar təşkil edib

Bakı, 28 mart, AZƏRTAC

Martın 28-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 96,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.

Maliyyə 2023-03-28 13:43:00