×
A
A
A
Sazlamalar

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 21 milyon manatdan çox investisiya yatırılması planlaşdırılır

Bakı, 28 mart, AZƏRTAC

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 3 rezidenti və 1 qeyri-rezidenti var.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, investorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 21 milyon manatdan çox investisiyanın yatırılması, 270-dən artıq iş yerinin yaradılması planlaşdırılır. Yeni rezident “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 hektar ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək. Smeta dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insan daimi işlə təmin olunacaq. Sement zavodu ilə yanaşı sement satışı üzrə terminal da tikiləcək.
Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında rezidentlər üçün infrastrukturun qurulması istiqamətində işlər aparılır. Yük avtomobillər və kənd təsərrüfatı texnikalarına texniki servis göstərilməsi üçün mərkəz yaradılıb. Digər sənaye parklarında olduğu kimi, burada da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır.

Regionlar 2023-03-28 12:33:07