×
A
A
A
Sazlamalar

Son 27 ildə Bosniya və Herseqovinada 96 mindən çox insan vətəndaşlıqdan çıxıb

Sarayevo, 28 mart, AZƏRTAC

1996-cı il yanvarından cari ilin əvvəlinədək Bosniya və Herseqovinada 96 min 876 nəfər vətəndaşlıqdan çıxıb.
AZƏRTAC xəbər verir ki, vətəndaşlıqdan çıxanların əsasən Bosniya və Herseqovina ilə ikili vətəndaşlıq müqaviləsi olmayan ölkələrdə yaşayan mühacirlər olduğu bildirilib. Keçən il isə 2622 nəfər vətəndaşlıqdan imtina edib.
Bu illər ərzində vətəndaşlıqdan çıxanların sayı 2003-cü ildə 9128 nəfər olmaqla rekord həddə çatıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2023-03-28 06:48:00