×
A
A
A
Sazlamalar

Braziliyada daşqın və torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb

Bakı, 28 mart, AZƏRTAC

Braziliyanın şimal əyalətlərində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 6 nəfər ölüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, son bir həftədir davam edən leysan yağışları səbəbindən bəzi şəhərlərdə Fövqəladə Vəziyyət elan edilib.
Təbii fəlakət 6 nəfərin həyatına son qoyub, bölgədəki 50 mindən çox insanın isə həyatını çətinləşdirib.
Milli Meteorologiya İnstitutundan verilən açıqlamada yağışların davam edəcəyi bildirilib və şiddətli fırtına xəbərdarlığı edilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Qeyd edək k, ötən ay Braziliyanın San-Paulu əyalətində leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələrində 65 nəfər ölüb.

Dünya 2023-03-28 04:04:00