×
A
A
A
Sazlamalar

Türkiyədə prezidentliyə namizədlərin imzatoplama prosesi yekunlaşıb

Bakı, 28 mart, AZƏRTAC

Türkiyədə prezidentliyə namizədlərin imzatoplama prosesi başa çatıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) məlumat yayıb.
Yüksək Seçim Qurumunun sədri Əhməd Yener deyib ki, prezident seçkilərində iştirak edəcək 4 namizədin namizədliyi dəqiqləşib. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğanın prezidentliyə namizədliyinin müəyyənləşdirilməsinə qərar verildiyi bildirilib.
Qeyd edilib ki, aprelin birindən rəsmi olaraq seçki kampaniyasına start veriləcək.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü il mayın 14-də keçiriləcək.

 

Dünya 2023-03-28 00:07:00