×
A
A
A
Sazlamalar

İyunda Bakıda Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək

Bakı, 27 mart, AZƏRTAC

İyunun 13-14-də VISA ilə əməkdaşlıq çərçivəsində Bakıda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək.
Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, sammit “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda təşkil olunacaq.
Sammitdə “Ayrılmaz ekosistemlər: bankçılıq və fintex”, “Super bank tətbiqi və ya super fintex”, “Embedded” bankçılıq və bankçılıq xidmət kimi”, “Rəqəmsal mühitdə rəqəmsal aktivlər”, “Müxbir əlaqələr: dayanıqlılıq vacibdir”, “Kreditləşmədə yeni yanaşmalar”, “Kibertəhlükəsizlik” mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir. Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcək.

Maliyyə 2023-03-27 12:25:00