Cəlilabad həndbolçuları respublika finalına vəsiqə qazanıblar
Cəlilabad, 26 mart, İlkin Adıyev, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə həndbol üzrə Azərbaycan birinciliyinin daha bir zona yarışına yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən yarışa yerli həndbolçularla yanaşı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının 2008-ci il və ondan sonra doğulan oğlanlardan ibarət komandaları qatılıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Bu cür yarışların bölgələrdə həndbolun inkişafına təkan verəcəyini deyən təcrübəli mütəxəssis komandalara uğurlar arzulayıb.
Gərgin və maraqlı mübarizə nəticəsində Cəlilabad həndbolçuları yarışın qalibi adına layiq görülüblər. Biləsuvar komandası ikinci, Lənkəran kollektivi üçüncü yeri tutub.
Reqlamentə əsasən, Cəlilabad komandası iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
Gəncədə MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib
Ağcabədidə avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülər barədə tədbirlər görülüb
ADAU-nun bir qrup əməkdaşı Sloveniyanın Nova Gorica Universitetində olub
Xaçmazda narkotik əməliyyatında 3 nəfər saxlanıldı
Şəhid–rəssam Rauf İbadovun fərdi sərgisi - “Sizə yadigar qalsın”