×
A
A
A
Sazlamalar

Sülhməramlıların avtomobillərinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb

Şuşa, 24 mart, Elmir Səftərov, AZƏRTAC

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndiyə və əks istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat, bir tibb maşını və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Siyasət 2023-03-24 16:12:00