Gürcüstan daha bir müharibəyə tab gətirə bilməz - Baş nazir
Tbilisi, 24 mart, AZƏRTAC
Bu gün dünyada çox ciddi təhdidlər və müharibəyə çağırışlar var. Çoxları, hətta avropalı həmkarlarımız dünyada baş verən proseslərdən ciddi narahatlıq keçirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, bəzi qüvvələr Gürcüstanı müharibəyə cəlb etmək istəyir. Lakin bu düzgün addım deyil. İlk növbədə nəzərə almalıyıq ki, Gürcüstan nə NATO-nun, nə də Avropa İttifaqının üzvü deyil.
Bəzi avropalı deputatları ciddi tənqid edən İ.Qaribaşvili deyib: “Aİ-nın üzvü olan dövlətlər öz xüsusi təhlükəsizliyini, milli maraqlarını diqqətlə qoruyurlar. Onlardan soruşanda ki, niyə siz Rusiya ilə birbaşa eskalasiyaya getmirsiniz? Onlar çox sadə cavab verirlər. Bizim Rusiya ilə birbaşa eskalasiyamız üçüncü dünya müharibəsinin başlanmasına səbəb olacaq. Gürcüstanda da vəziyyət eynidir. Gürcüstanın müharibəyə cəlb olunması üçüncü dünya müharibəsinə səbəb ola bilər və ölkəmiz bu müharibəyə tab gətirə bilməz.
Bizim çıxış yolumuz böyük çağırışlara qarşı möhkəm birliyimizdə və ölkə daxilində, eləcə də regionda sülh və sabitlik üçün çalışmağımızdadır”.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır