Şimali Koreya nüvə başlığı daşıya bilən “Hvasal-1” və “Hvasal-2” raketləri buraxıb
Bakı, 24 mart, AZƏRTAC
Martın 22-də Şimali Koreya nüvə başlığını imitasiya edən eksperimental döyüş başlıqları olan “Hvasal” seriyalı qanadlı raketləri sınaqdan keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Koreya səsi" dövlət radiosu məlumat yayıb.
“Martın 22-də qanadlı raketlərlə silahlanmış bölmələrin taktiki nüvə hücumu üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə təlimləri keçirilib. Strateji qanadlı raketlər eksperimental döyüş başlıqları olan nüvə silahı ilə təchiz edilib”, - dövlət radiosu qeyd edib.
Təlimlər zamanı “Hvasal-1” və “Hvasal-2” seriyalı dörd raket buraxılıb. Raketlər Yapon dənizi üzərindən 1500-1800 kilometr məsafədə uçub və şərti hədəfləri vurub. Raketlərdən biri nüvə partlayışına nəzarət sistemlərinin və imitasiya qurğularının etibarlılığını yoxlamaq üçün 600 metr yüksəklikdə partladılıb.
Niderland Ali məhkəməsi skif qızılının Ukraynaya verilməsini qərara alıb
Qazaxıstan Türkiyəyə elektrik enerjisi ixrac etməyi planlaşdırır
Pakistan hərbi-dəniz alyansının formalaşdırılması barədə İranın təklifinə baxacaq