Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində sülh prosesinə alternativ görmür
Moskva, 23 mart, AZƏRTAC
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi işində sülh prosesinə alternativ görmür.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
“Sülh prosesinə alternativ yoxdur. Biz tərəfləri bəyanatlarda, hərəkətlərdə təmkinli olmağa və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması, ictimai xadimlər, parlamentarilər arasında görüşlərin keçirilməsi də daxil olmaqla, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə danışıqların bərpa olunmasına çağırırıq”, - deyə M.Zaxarova vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Peru mətbuatında Ermənistanla Azərbaycan arasındakı son vəziyyətdən bəhs edilib
Xarici işlər naziri Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyəti ilə görüşüb
AŞPA-nın həmməruzəçiləri Azərbaycanda parlament və hökumətin fəaliyyəti ilə maraqlanıblar