Volodimir Zelenski Xersona səfər edib
Kiyev, 23 mart, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinə işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin teleqram kanalı məlumat yayıb.
“Xerson vilayətinə işgüzar səfərdəyəm. Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində çoxlu evlərə və sosial infrastruktur obyektlərinə ziyan dəymiş Posad-Pokrovski kəndindəyəm”, - deyə Zelenski yazıb.
Onun sözlərinə görə, hazırda bu kənddə işıq və su təchizatının bərpası davam edir, ambulatoriya yenidən tikilir və insanlar öz evlərinə qayıdırlar.
“Yerli sakinlərlə cari məsələlər və ehtiyaclar barədə danışdım. Hər şeyi bərpa edəcəyik, hər şeyi yenidən quracağıq. İşğalçılardan əziyyət çəkən hər bir şəhər və kənd kimi”, - deyə Zelenski əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır