Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar
Zaqatala, 23 mart, AZƏRTAC
Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək, qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədilə yol polisinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hərəkətin intensiv olduğu şəhərin müxtəlif küçə və prospektlərində keçirilən yoxlamalar zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozan sürücülər müəyyən olunub. Polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb, özlərinin və digərlərinin də sağlamlığı üçün sükan arxasında məsuliyyətli olmağın zəruriliyi diqqətə çatdırılıb.
Qaydaları pozan həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.
“Sumqayıt” klubu ilk futbolçu transferini edib
MDB Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə XI yarışı başlanıb
Nazir Rəşad Nəbiyev Qusarda şəhid ailəsini ziyarət edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşları qəbul edib
Lənkəran-Astara iqtisadi rayonunun inkişafı üzrə hazırlanmış sənədlər təqdim edilib