×
A
A
A
Sazlamalar

İtaliya Serbiya və Balkan regionunda mövcudluğunu gücləndirmək istəyir

Belqrad, 22 mart, AZƏRTAC

İtaliya Serbiyada və Balkan regionu ölkələrində mövcudluğunu gücləndirmək istəyir.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
A.Tayani Serbiyanın paytaxtı Belqrada səfəri çərçivəsində Balkan regionunun ölkəsi üçün strateji əhəmiyyətə malik olduğunu, İtaliyanın bölgədə keçmişdəki təsir gücünə yenidən sahib olmaq istədiyini bildirib.
“Biz Serbiyanın və Balkan regionunun bütün ölkələrində daha güclü bir varlığa sahib olmaq və keçmişdə əməkdaşlıq əlaqələrimiz gələcəkdə də davam etdirmək istəyirik”, - deyə o vurğulayıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç və ölkəsinin Balkan regionunda sülhün qorunması istiqamətində atdığı addımları yüksək qiymətləndirdiyini qeyd edən A.Tayani İtaliyanın Serbiyanı Avropa İttifaqının üzvü kimi görmək istədiyini deyib.


Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2023-03-22 02:12:00