Çexiya qışdan salamat çıxdı
Praqa, 21 mart, AZƏRTAC
Keçən il payızda elan edilən həyəcanlı proqnozlara baxmayaraq, Çexiya qışdan salamat çıxa bildi.
AZƏRTAC xəbər verir ki, bu, əsasən qaz istehlakının azaldılması sayəsində mümkün olub. Bu gün rezervuarların yarıdan çoxu, yəni keçən ilin eyni vaxtı ilə müqayisədə təqribən üç dəfə çox hissəsi qazla doludur. Əgər bu ssenariyə riayət etmək mümkün olsa, onda növbəti qışa qədər rezervuarlar yenidən doldurulacaq.
Cari ilin əvvəlindən Rusiyadan Çexiyaya təbii qaz daxil olmayıb, qazın istehlakı isə 15% azalıb. Yenilənmiş energetika konsepsiyası da enerjiyə qənaət siyasətini dəstəkləyir. Digər tərəfdən, hökumət “Dukovanı” Atom Elektrik Stansiyasında yeni blokun tikintisinə hazırlığı davam etdirir və ölkədə başqa nüvə reaktorları tikintisinin mümkünlüyünü araşdırır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır