Şəhid Yusif Budaqovun ailəsi ziyarət edilib
Baklı, 21 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhid Yusif Budaqovun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi yaşayacağı vurğulanıb.
Bildirilib ki, Yusif Budaqovun ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər də təyin edilib. Ailə, həmçinin məşğulluq tədbirləri ilə əhatə olunub.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da diqqətdə saxlanılacağı vurğulanıb.
Xatırladaq ki, Vətən müharibəsində şücaətlər göstərən Yusif Budaqov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Texnologıyalar qlobal ərzaq təminatına necə kömək edə bilər?
DOST Agentliyində Özbəkistan nümayəndə heyəti ilə görüş olub
Cenevrədə BƏT-in 111-ci illik sessiyası keçirilir