×
A
A
A
Sazlamalar

Şuşada ekoaksiya iştirakçıları üçün bayram aşı bişirilir

Şuşa, 21 mart, Elmir Səftərov, AZƏRTAC

Hazırda Şuşada Novruz şənliyi ilə əlaqədar ekoaksiyanın iştirakçıları üçün bayram aşı hazırlanır.
AZƏRTAC xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında açılan bayram çadırında kabab, ət və göy qutabları bişirilir, həmçinin səməni, xonça və digər atributlar düzülüb.
Ekoaksiyanın təşkil olunduğu ərazidə əsl Novruz ab-havası hökm sürür.

Siyasət 2023-03-21 12:43:00