×
A
A
A
Sazlamalar

Büdcənin icrasında ÜDM-in 11,2 faizi qədər profisit yaranıb

Bakı, 17 mart, AZƏRTAC

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 5877,6 milyon manat, xərcləri 3660,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında 2217,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 11,2 faizi qədər profisit yaranıb. Yanvarda dövlət büdcəsinin gəlirləri 4006,5 milyon manat, xərcləri isə 1457,9 milyon manat təşkil edib. Daxilolmaların 58,5 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 20,7 faizi əlavə dəyər vergisi, 3,2 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 2,6 faizi fiziki şəxslərin gəlir vergisi, 2,4 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 1 faizi vergilərin digər növləri, 10,3 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 36 faizi iqtisadi fəaliyyətin, 23,1 faizi sosial müdafiə və sosial təminatın, 13,2 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 9,5 faizi təhsil və səhiyyənin, 6,9 faizi ümumi dövlət xidmətlərinin, 11,3 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Maliyyə 2023-03-17 15:36:00