×
A
A
A
Sazlamalar

“Gəncə" basketbol komandası təxirə salınmış oyunda qələbə qazanıb

Bakı, 15 mart, AZƏRTAC

Martın 14-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının XVI turundan təxirə salınmış "Zirvə Astara" - "Gəncə" oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, əlavə vaxta gedən oyunun sonunda "Gəncə" rəqibi üzərində 109:104 hesablı qələbə qazanaraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.
Oyunun ən məhsuldar basketbolçuları "Zirvə Astara"dan Derin Conson (24 xal, 4 ribaund), "Gəncə"dən isə Cared Smol (32 xal, 8 ribaund) olublar.

İdman 2023-03-15 03:16:00